Qadin.NET / Qarabağ tezliklə həll olunmalıdır

Qarabağ tezliklə həll olunmalıdır

 

Qarabağ tezliklə həll olunmalıdır

Azərbaycandakı real proseslərin üzərinə kölgə salmaq istəyən bəyanatlar Azərbaycan tərəfindən pislənilir. Ədalətsiz yanaşma Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərmir.ANS TV-nin məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov Birləşmiş Ştatların Azərbaycana təyin etdiyi səfirlə bağlı gözləntilərdən söz açarkən deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-dan Azərbaycanın gözləntiləri bu münaqişənin ədalətli şəkildə, tezliklə həll olunmasıdır.“Azərbaycana göndərilən yeni səfirdən ilk növbədə Azərbaycanın gözləntiləri ondan ibarətdir ki, münaqişənin həllində ABŞ səylərini daha da artırsın. Reallıqları düzgün ifadə etsin və enerjisini bu istiqamətə sərf etsin. Səfir öz dövlətinə Azərbaycanla bağlı daha səhih, daha obyektiv, daha düzgün və ədalətli informasiyalar verməlidir. O elə işləməlidir ki, ABŞ-ın ayrı- ayrı dövlət nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, bəyanatlar ədalətsizliyi ilə fərqlənməsin”, - deyə Əli Əhmədov bildirib.

 

Mənbə: Milli.Az

5 dekabr 2014
GO BACK