Qadin.NET / Toyuq ətində Ebola: Azərbaycana böyük təhlükə

Toyuq ətində Ebola: Azərbaycana böyük təhlükə

 

Honkonq Kanadadan aldığı toyuq və yumurta məhsullarının idxalını Ebola virusuna görə dayandırıb. Bu barədə rəsmi qərarda qeyd edilib. Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, Frasey Valley bölgəsində iki quşçuluq fabrikində (biri hinduşka, digəri toyuq) "quş qripi" virusu aşkarlanıb.

 

Kanadanın Qida Araşdırma Alyansı bölgələrdəki başqa fabriklərdə aparılan araşdırmalar nəticəsində müəyyənləşdirib ki, virus 2 fabriki öz əhatəsinə alıb. Bu müəssisələrin hər ikisində karantin elan edilib. Daha öncə idxalına başlanan 18 min hinduşka və toyuğun, bundan başqa, 2 fermada 12 min toyuq və hinduşkanın tələf ediləcəyi nəzərdə tutulub. 
Xatırladaq ki, Honkonq bu il dekabrın sonuna qədər Kanadadan 7 min ton dondurulmuş toyuq və 170 min yumurta idxal etmişdi. 
Honkonqa ixrac edilən toyuq məhsullarının hamısı Fraser Valley bölgəsindəki fermalardan gətirilirdi. Məlumatda, həmçinin qeyd edilib ki, Fraser Valley bölgəsindəki fabriklərdə rast gəlinən "quş qripi" indiyə qədər heç kimə neqativ təsir göstərməyib. Hətta mütəxəssislər hesab edir ki, toyuqlar yaxşı bişirilərsə, risk əmsalı aşağı düşür. Sözügedən bölgədə 2005-ci ildən bu günə qədər yaşanan "quş qripi" hücumlarında 15 milyondan artıq heyvan məhv edilib... 
Bu xəbər bizi də təlaşlandırmaya bilmir. Nədən ki, son bir neçə ildə Azərbaycana xaricdən gətirilən ət məhsulları sırasında toyuq budları da mühüm yer tutur. Qiyməti yerli broyler fabriklərinin məhsullarından bir qədər ucuz olan toyuq budları nisbətən imkansız təbəqə tərəfindən daha çox istehlak edilir. 
Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidməti dəfələrlə bu barədə açıqlama yayıb ki, Azərbaycana Türkiyədən, Braziliyadan, az miqdarda isə Kanadadan toyuq budları idxal edilir. Amma xidmət ölkə bazarına daxil olan məhsulların hamısının yoxlanıldığını iddia edir. Sərhədi keçməmişdən əvvəl ərzaqlardan nümunə götürülür və Respublika Baytarlıq Komitəsində analiz edilir. Özü də məhsulun müayinəsi 16 istiqamətdə aparılır. Müayinələr nəticəsində toyuq budlarında hormonal preporatlar aşkar olunmayıb. Yəni toyuqlara vurulan hormonlar normadan artıq deyil.
Sözügedən xəbər isə Azərbaycan üçün ciddi həyəcan təbili deməkdir. Ekspertlər ölkədə monitorinq sisteminin yarıtmazlığından şikayət edir. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, dövlət tərəfindən aparılan monitorinq effektsizdir. Onun sözlərinə görə, bunu bir neçə il öncə "quş qripi"nə qarşı mübarizə gedən zaman şəxsən özü təcrübədən keçirib: “Həmin ərəfədə bir xarici səfərdən qayıdırdım. Təyyarədə bizə anket payladılar. Orda səhhətimizlə bağlı suallar yer almışdı. Mən anketin suallarına cavabda göstərdim ki, yüksək temperaturum var, əzginlikdən əziyyət çəkirəm və sair. Düşündüm ki, təyyarədən düşən kimi məni quş qripi şübhəsi ilə aeroportda saxlayacaqlar. Azərbaycan ekspertizası dünya ekspertizasının arxasınca sürünür. Bizdə bir çox şeylər kimi, ekspertizalar da saxtadır”.
E.Hüseynovun fikrincə, ölkədə bazarlarda qida təhlükəsizliyi qorunmur. Ekspertiza isə yox dərəcəsindədir: “Bunu edənlər olduqca aşağı səviyyədədir. Əgər Azərbaycanda Ebola, eləcə də quş qripi virusunu müəyyənləşdirən normal yoxlamalar yoxdursa, onun bu yolla Azərbaycana gəlməsi mümkündür. Azərbaycan bunun qarşısını almağa qadir deyil. Bir dəfə də olsun Azərbaycanda ekspertiza nəticəsində nəyinsə qarşısını almaq mümkün olmayıb”. 
Həkimlər isə hesab edir ki, ebola virusunun bu yolla Azərbaycanda yayılması mümkündür. Ortada ciddi yoxlama yoxdursa və məhsullar bazara yol tapıbsa, təhlükənin yayılacağı da şübhə doğurmur. 
2006-cı ildə dünyada geniş vüsət alan quş qripi virusunun Azərbaycana gəlməsi də fakt idi. Həmin vaxt hökumət hər nə qədər inkar etsə də, bəzi bölgələrdə virus yayılmış, hətta bu virusdan dünyasını dəyişənlər də vardı. Bir çox rayonlarda quşçuluq fermaları məhz virusun yayılması ucbatından fəaliyyətini dayandırmışdı. 
Xaricdən gətirilən toyuq ətinə qadağa qoyularsa, bu, bir sıra oliqarxlara ciddi ziyan vura bilər. Odur ki, onlar maksimum dərəcədə ölkəyə xaricdən toyuq ətinin gətirilməsinə qadağa qoyulmamasına çalışacaqlar. Əgər buna nail olsalar, şübhəsiz ki, Azərbaycana da təhlükəli virus gələ bilər.

Mənbə: Milli.Az

5 dekabr 2014
GO BACK