Qadin.NET / Güvənmədiyiniz adamlara zamin durmayın

Güvənmədiyiniz adamlara zamin durmayın

 

Mərkəzi Bankın bu ilin noyabr ayının 1-nə olan onların məlumatına görə, ölkəmizdə fəaliyyət göstərən banklar tərəfindən ümumilikdə 17 milyard 800 milyon manat kredit verilib. Vaxtı keçmiş kreditlərin həcmi isə 943,4 milyon manatdır, yəni 5,3 faiz. Kim bilir, vaxtında qaytarılmayan həmin 943,4 milyon kreditlərin arxasında hansı faciələr, hansı problemlər durur. Hər halda heç kim öz istəyi ilə götürdüyü kreditin ödənişini gecikdirmək istəməz. Ümumiyyətlə, mümkün olduğu qədər kredit götürmə və ya başqasına zamin durma məsələsində diqqətli, ehtiyatlı olmaq lazımdır. Qəzetimizin ötən sayında “Qohumunun vədinə inanıb mülkünü banka girov qoyan ailə küçədə qalıb” adlı yazı dərc olunmuşdu. Oxucuların böyük marağına səbəb olan bu yazıda Mingəçevir şəhərində yaşayan Vəliyevlər ailəsinin öz evlərindən çıxarılması barədə məlumat vermişdik. Səbəb isə odur ki, yaxın qohumu bu ailənin etibarından istifadə edərək onların evini banka girov qoyub, ancaq bunun müqabilində götürdüyü krediti ödəmədiyi üçün ev satışa çıxarılıb və başqası tərəfindən alınıb. Ancaq, heç şübhəsiz ki, ailənin öz məsuliyyəti də az deyil - bir imza ilə mülkünü girov qoyursan, amma sabah bir problem çıxanda dilə-dişə sən düşürsən, evindən olursan. Mövzu ilə bağlı “Zaman-Azərbaycan”ın suallarını cavablandıran hüquqşünas İlham Məmmədov vətəndaşlara yaxından tanımadıqları, krediti rahat şəkildə ödəyə biləcəyinə əmin olmadıqları insanlara kredit götürərkən zamin durmamağı, evlərini girov qoymamağı məsləhət gördü: “Əgər siz birinin kredit götürməsi üçün ona kömək məqsədi ilə evinizi banka girov qoymağa razılıq verirsinizsə, ancaq hər hansı tərəddüdünüz varsa, yaxşı olar ki, bu halda bir müqavilə tərtib edib, notarial qaydada təsdiqlətdirəsiniz. O müqavilədə qeyd oluna bilər ki, məsuliyyəti krediti götürən şəxs daşıyır və dəymiş ziyanı o ödəməlidir”. Hüquqşünasın dediyinə görə, notarial qaydada təsdiqlənmiş razılıq sənədi olduğu təqdirdə, zamin duran tərəfə dəymiş ziyan sonradan tələb oluna bilər: “Bütün hallarda isə mən bir daha vətəndaşlara şübhələri və ya tərəddüdləri olduğu təqdirdə, bu cür kreditlərə görə zamin durmamağı tövsiyə edirəm”. 

 

Qəzetimizin ötən sayında “Qohumunun vədinə inanıb mülkünü banka girov qoyan ailə küçədə qalıb” adlı yazı dərc olunmuşdu. Oxucuların böyük marağına səbəb olan bu yazıda Mingəçevir şəhərində yaşayan Vəliyevlər ailəsinin öz evlərindən çıxarılması barədə məlumat vermişdik. Səbəb isə odur ki, yaxın qohumu bu ailənin etimadından istifadə edərək evini banka girov qoyub, ancaq bunun müqabilində götürülmüş kredit ödənilmədiyi üçün ev satışa çıxarılıb və başqası tərəfindən alınıb. Təbii ki, ailənin bu vəziyyətə düşməsində səbəbkar, ilk növbədə, kredit götürüb ödəməyən qohumumdur. Ancaq, heç şübhəsiz ki, ailənin öz məsuliyyəti də az deyil - bir imza ilə mülkünü girov qoyursan, amma sabah bir problem çıxanda dilə-dişə sən düşürsən, evindən olursan. Qeyd edək ki, günümüzdə bu cür hallara tez-tez rast gəlinir. Heç şübhəsiz, bu vəziyyətin yaranmasında insanlarımızın ürəyiyumşaqlığı, saflığı, mərhəməti əsas durur. Amma sabah bir problem yaşananda problem yaşayan da elə bu ailələrin, insanların özləri olurlar. Mövzu ilə bağlı “Zaman-Azərbaycan”ın suallarını cavablandıran hüquqşünas İlham Məmmədov dedi ki, son vaxtlar cəmiyyətimizdə buna bənzər hadisələr tez-tez baş verir: “Bir hüquqşünas olaraq təcrübədə bu cür hallarla üzləşən vətəndaşlarla çox rastlaşıram. Bəziləri kreditini ödəyə bilməyib evindən, bəziləri avtomobilindən olub. Bu cür hallarda - yəni evi bir başqası tərəfindən banka girov qoyulan vətəndaşların problemi təkbaşına həll etmələri çətindir. Odur ki, ilk növbədə, məsələni hüquqşünasın yardımı ilə həll etməyə çalışmaq daha effektli olardı”. 
Əgər əmin deyilsinizsə...
Hüquqşünas vətəndaşlara yaxından tanımadıqları, krediti rahat şəkildə ödəyə biləcəyinə əmin olmadıqları insanlara kredit götürərkən evlərini girov qoymamağı məsləhət gördü: “Sabah bir problem yaşananda təkcə həmin adam deyil, onun yaxınları da əziyyət çəkir, çıxılmaz vəziyyətə düşürlər. Odur ki, bu məsələdə yüz ölçüb, bir biçmək lazımdır. Əgər əmin deyilsinizsə, onda riskə getməyə dəyməz”.
İ. Məmmədovun dediyinə görə, daşınmaz əmlakı bankdan girovluqdan çıxarmaq üçün zamin duran şəxs müqavilədə göstərilən və öz üzərinə düşən məbləği ödəməlidir: “Kredit müqaviləsində zamin duran, yəni daşınmaz əmlakını girov qoyan şəxsin sabah bir problem yaranacağı təqdirdə, ödəməli olacağı məbləğ öz əksini tapır. Kredit ödənişində problem yaşanarsa, zamin duran şəxs müqavilədə göstərilən - yəni öz üzərinə düşən borcu ödəyib, evi girovluqdan çıxara bilər. Bundan sonra isə həmin məbləği krediti götürmüş şəxsdən tələb edə bilər”. 
Notarial qaydada müqavilə bağlayın
Hüquqşünas insanlara bir vacib məsləhət də verdi: “Əgər siz birinin kredit götürməsi üçün ona kömək məqsədi ilə evinizi banka girov qoymağa razılıq verirsinizsə, ancaq hər hansı tərəddüdünüz varsa, yaxşı olar ki, bu halda bir müqavilə tərtib edib, notarial qaydada təsdiqlətdirəsiniz. O müqavilədə qeyd oluna bilər ki, mən zamin dururam, ancaq sabah ödənişdə bir problem yaranarsa və buna görə mənə bir ziyan dəyərsə, məsuliyyəti krediti götürən şəxs daşıyır və dəymiş ziyanı o ödəməlidir”.
Hüquqşünas İlham Məmmədovun dediyinə görə, notarial qaydada təsdiqlənmiş razılıq sənədi olduğu təqdirdə, zamin turan tərəfə dəymiş ziyan sonradan tələb oluna bilər: “Çünki həmin sənəd imkan verəcək ki, vətəndaş bunu tələb edə bilsin. Bütün hallarda isə mən bir daha vətəndaşlara şübhələri və ya tərəddüdləri olduğu təqdirdə bu cür kreditlərə görə zamin durmamağı tövsiyə edirəm. Necə deyərlər, yoxsa sonrakı peşmançılıq fayda verməyəcək”.
Mənbə: Milli.Az
5 dekabr 2014
GO BACK