Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov yeni vəzifəyə gətirilib. Milli.Az xəbər verir ki, bu barədə Aznevs Az-a Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. O, yayılan xəbərləri təsdiq edərək bildirib ki, T.Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub:“Bəli, məlumat düzdür. O, artıq işə başlayıb”, - deyə Salatın Əhmədova bildirib.
Qeyd edək ki, Metropolitenin sabiq rəisi bu təyinata qədər YAP-ın Yasamal təşkilatında sədr müavini vəzifəsini daşıyırdı.
Mənbə: Milli.Az