Fransız arxeoloqların apardıqları qazıntı işləri zamanı Qədim Roma dönəminə aid məzarlıq aşkarlanıb.
Məzarlıq Fransanın cənub-qərbində, Sent şəhərindən 300 km aralıdadır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, məzarlıqda yüzlərlə qəbir var. Onların eramızdan əvvəlki 2-1-ci əsrə aid olduğu güman edilir.
Qəbirlərin bir çoxundakı skeletlərin boyunlarında dəmir boyunduruqlar var. Həmin məzarlarda qulların və kölələrin dəfn olunduğu vurğulanır.
Alimlər hesab edirlər ki, məzarlıqda yaxınlıqdakı qladiator arenasındakı döyüşlərdə həlak olan qullar dəfn olunub.
Alimlər hesab edirlər ki, məzarlıqda yaxınlıqdakı qladiator arenasındakı döyüşlərdə həlak olan qullar dəfn olunub.
Yüzlərlə məzarda tapılmış boyunduruqlu skeletlərdən 4-ü böyük insan, biri uşaqdır. Uşağın ayaqlarında və biləklərində qandallar da olub.Qədim Roma dönəmində indiki Sent şəhərində Roma Kolizeyinə bənzər amfiteatr vardı. Bu amfiteatr 18 min tamaşaçı tuturdu.
Amfiteatrın inşası imperator Tiberinin zamanında başlanmış, imperator Klavdinin zamanında başa çatmışdı.
Mənbə: Milli.Az