Qadin.NET / Uşaqlar üçün axtarış sistemi

Uşaqlar üçün axtarış sistemi

 

 

Google axtarış sistemi uşaqlar üçün versiya hazırlayır. Milli.Az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Google şirkətinin vitse-prezidentiPavni Divanji məlumat verib. Yeni sistem Youtube videoserveri və Google Chrome brauzerinə də tətbiq ediləcək. Layihənin nə vaxt istifadəyə veriləcəyi deyilmir. Hazırda Google istifadəçisi yaratmaq üçün uşaq 13 yaşdan yuxarı olduğunu bildirməli və ya valideynin razılığı olmalıdır. Reallıqda uşaqlar İnterneti daha az yaşlarda mənimsəyirlər. Hüquq müdafiəçiləri isə uşaqlar üçün belə bir servisin yaradılmasına qarşı çıxırlar. 
Hazırda Google şirkətinin əsas qazancı reklamlardır. Uşaqlar üçün versiyada hansı qazanc növündən istifadə ediləcəyi açıqlanmır. 

Mənbə: Milli.Az

5 dekabr 2014
GO BACK