Qadin.NET / İnsan haqlarının vəziyyəti acınacaqlıdır

İnsan haqlarının vəziyyəti acınacaqlıdır

 

İnsan haqlarının vəziyyəti acınacaqlıdır

"Rusiyada Sovet İttifaqı dönəmindən sonra insan haqları ilə əlaqədar vəziyyət tanınmayacaq həddə dəyişib. Hökumət xalqa qarşı edilən təzyiqləri ilk dəfə bu qədər yüksək həddə çatdırıb". Amerikanın İnsan Haqları Müşahidəçi qrupunun icraçı direktoru Kennet Rot bu barədə açıqlama verib. Moskvada çıxışı zamanı Rot qeyd edib ki, dünya ictimaiyyəti Rusiyadakı avtoritar rejimlə əlaqədar həyəcan içindədir.
“Sonuncu dəfə Moskvada 10 il bundan əvvəl olmuşam. Hökumətin xalqa qarşı təzyiqləri artırdığını görmək məni məyus edir. İctimai debatların tamamilə məhdudlaşıdırılması, müxalif fikirlərin səsləndirilməsinə qarşı təzyiqlər avtoritar rejimin əsasını təşkil edir. Bütün bunlar Rusiyanın hazırda qarşılaşdırığı problemlərin təzahürüdür”.
Rot Ukraynanın şərq vilayətində yaşanan zorakılıqlarla əlaqədar rəsmi Kiyevin özünü də tənqid edib. QHT nümayəndəsi Ukrayna hərbçilərinin Donetskdə məskunlaşma olan bölgələrdə partlayıcı maddələrdən istifadə etdiyini bildirib. Rəsmi Kiyev iddiaları təkzib edir.

 

Mənbə: ANS PRESS

5 dekabr 2014
GO BACK