Qadin.NET / “Qarabağ” 200-ə çatdı

“Qarabağ” 200-ə çatdı

 

“Qarabağ” 200-ə çatdı

Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyunu “Qarabağ” üçün əlamətdar olub. ANS PRESS-in "Supersport"a istinadən məlumatına görə, qarşılaşmanın 6-cı dəqiqəsinə hesabı açan İnnosent Emeqara Ağdam təmsilçisinin kubokda 200-cü qolunu vurub. Bu matçadək keçirdiyi 117 qarşılaşmada 199 qol vuran əyalət klubu 1/8 finalda bu rəqəmi 203-ə çatdırıb.
“Qarabağ”ın orta məhsuldarlığı 1,72-yə bərabərdir. Ağdamlılar kubokda 200 və daha çox qol vuran 2-ci komanda olub. Yalnız “Neftçi” daha çox – 219 dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ”ın kubokdakı ilk qolunu 1993-cü il martın 17-də “Gənclik”lə (Şəki) qarşılaşmada Kənan Kərimov vurub. MOİK-lə qarşılaşma həm də “Qarabağ”ın kubokda 70-ci qələbəsi olub. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan Ağdam klubu 2-ci göstəriciyə malikdir.

 

Mənbə: ANS PRESS

5 dekabr 2014
GO BACK