Yaponiyada bir oğlan sevgilisinə maraqlı evlilik təklifi edib. ANS PRESS-in məlumatına görə, Yaponiyada Yasuşi Takahaşi adlı bir oğlan evlənmək qərarı verdiyi qıza evlilik təklifi etmək uzun yol qət etməli olub. Belə ki, evlilik təklifi üçün bütün işini-gücünü bir kənara atan gənc, 6 ay ərzində 7 min kilometr məsafə qət edib.
Yaponiyanı başdan ayağa gəzən Yasuşi, GPS texnologiyası sayəsində getdiyi yerlər qeydə alınıb və bu texnologiya sayəsində olduqca maraqlı evlilik təklifinə imza atıb. Beləliklə, 6 ay boyunca 7000 kilometr qət edən oğlan, GPS sayəsində Yaponiya üzərinə “Marry Me” (evlən mənimlə) yazıb.
Qeyd edək ki, “Ginnesin Rekordlar Kitabı”na da adını yazdıran Takahaşinin evlilik təklifi, bu günə qədər GPS ilə edilən ən uzun yürüyüş olub.
Mənbə: ANS PRESS