Ermənistan ordusunun əsgəri aldığı güllə yarasından dünyasını dəyişib.Milli.Az Axar.Az-a istinadən bildirir ki, hadisə bu gün baş verib. Ölən əsgərin 1995-ci il təvəllüdlü Artur Marqaryan olduğu bildirilib.Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmayıb.Faktla bağlı araşdırmalara başlanıb.
Mənbə: Milli.Az