Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Roma papası Fransiskin Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı təklifinə cavab verib. ANS PRESS-in məlumatına görə, Brüsselə uçan Çavuşoğlu jurnalistlərin suallarına cavab verərkən bildirib.
“Sərhədlərin açılması barədə bəyanat sadəcə Papanın istəyi idi. Biz də istəyirik ki, sərhədlər açılsın. Amma Türkiyə həmişə addım atır. Amma Ermənistandan cavab gəlmir. Uzadılmış əlimiz həmişə havada qalır”, - deyə Mövlud Çavuşoğlu bildirib.
Mənbə: ANS PRESS