"Qəflət yuxusundan ayılmalı, planetimizi və özümüzü qorxulu sondan xilas etmək üçün hərəkətə keçməliyik. Alim və vətəndaş olaraq bəşəriyyətin ən böyük problemini həll etməyə, ailələrimizi və Yerdəki həyatın gələcəyini qorumağa çalışırıq.Asteroidlərin Yerlə toqquşması əsla istisna deyil. Belə hadisənin qarşısını almaq üçün heç nə etməsək, hamımızı faciə gözləyir. Təbii fəlakətlərdən fərqli olaraq asteroid təhlükəsinin qarşısını almağın yollarını bilirik. Günəş sistemində milyonlarla asteroid var ki, onların hər biri Yeri məhv etmək potensialına malikdir".
Bu sözlər dünyanın ən məşhur fizik, astronom, astrofizik, riyaziyyatçı və yazıçılarından ibarət 100 nəfərlik qrupun imzaladığı "Asreroid Day" manifestindəndir.
Eyniadlı saytda yer almış manifestdə bildirilir ki, astronomlar Günəş sistemində indiyədək "vur-tut" 10 min asteroidi müəyyənləşdirə biliblər.
Milli.Az bildirir ki, manifesti imzalayan alimlərin fikrincə, Yerə yaxınlaşan və bəşəriyyət üçün real təhlükə kəsb edəcək asteroidləri izləmək üçün ən son texnologiyalar tətbiq olunmalıdır.
"Yaxın 10 il ərzində Yerə yaxınlaşa biləcək asteroidlərin uzaqdan aşkarlanması üçün indiki müşahidələrin intensivliyi ən azı 100 dəfə sürətləndirilməlidir" xəbərdarlığının yer aldığı manifestə görə, 2015-ci ilin iyunun 30-da asteroidlərdən biri Yerə çox təhlükəli məsafəyə yaxınlaşacaq.
Mənbə: Milli.Az