Qadin.NET / Rusiyada daha bir qadağa

Rusiyada daha bir qadağa

 

 

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti dekabrın 5-dən Rusiya ərazisinə ABŞ-dan quş ətinin gətirilməsini məhdudlaşdırıb.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Məlumatda Xidmət tərəfindən dekabrın 5-dən ABŞ müəssisələrindən Rusiya ərazisinə quş əti və əlavə məhsullarının (içalatı, başı, ayaqları və s.), eləcə də hazır ət məhsullarının gətirilməsinə müvəqqəti qadağa qoyulduğu bildirilir.
Xidmətdən dəqiqləşdiriblər ki, məhdudiyyət rusiyalı istehlakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub.

Mənbə: Milli.Az

4 dekabr 2014
GO BACK