Qadin.NET / Şərqin böyük şəhərləri sular altında qalacaq

Şərqin böyük şəhərləri sular altında qalacaq

 

 

Vudson okeanoqrafiya institutunun professoru Liviu Ciosan bildirib ki, növbəti əsrdə Yantszı, Çaupxraya və Qanq çaylarının deltaları dəniz səviyyəsinə qalxdığı üçün məhv olacaq. Nəticədə Şanxay, Banqkok və Dəkkə kimi şəhərlər su altında qalacaq. Nature jurnalı da bildirir ki, nəhəng çayların deltaları bir neçə onillikdən sonra dənizə qarışacaq. Bu da qlobal istiləşmə ilə əlaqədardır. 
Bəndlər və sutəmizləyici qurğular çaylarda qumun və lilin miqdarını azaldır. Hazırda Nil çayındakı lilin miqdarı 100 il əvvəlkindən iki dəfə azdır. Bu da çayın sahilinin lazımi səviyyədə qalmasına mane olur. 

Mənbə: Milli.Az

4 dekabr 2014
GO BACK