Qadin.NET / Ronaldinyodan Messi etirafı

Ronaldinyodan Messi etirafı

 

Ronaldinyodan Messi etirafı

Məşhur braziliyalı futbolçu Ronaldinyo "Barselona" günləri ilə bağlı maraqlı açıqlamalar verib.ANS PRESS-in məlumatına görə, futbolçu o zamankı baş məşqçiləri Frenk Raykardın Lionel Messini əsas heyətə oyunçuların tövsiyəsi ilə gətirdiyini söyləyib.
"Barselona" ilə böyük uğurlar yaşayan Ronaldinyo klubunda forma geydiyi günləri həsrətlə xatırlayır. Kataloniya təmsilçisinə transfer olanda Messinin çox gənc bir oyunçu olduğunu xatırladan braziliyalı maraqlı sərhləri ilə diqqət çəkib: 
"Messini ehtiyat komandada davamlı izləyirdim. Həqiqətən möhtəşəm bir oyunçu idi. Hamımız onu aramızda görmək istəyirdik. Buna görə baş məşqçidən Messinin əsas heyətə gətirilməsini xahiş etdik", - deyə futbolçu söyləyib. 
Argentinalı ulduz ilə Kriştiano Ronaldonu da müqayisə edən braziliyalı sözlərinə belə davam edib: "Ronaldo hərtərəfli oyunçudur. Ancaq Messi daha yaxşıdır. Çünki heç kimin sahib olmadığı bir sehri var".
Qeyd edək ki, Ronaldinyo 2003 - 2008-ci illər arasında formasınını geydiyi "Barselona"da 2 La Liqa və 1 Çempionlar Liqası çempionluğu yaşayıb.

 

Mənbə: ANS PRESS

4 dekabr 2014
GO BACK