Qadin.NET / Yeni ildə Tbilisiyə getmək istəyənlərə şad xəbər

Yeni ildə Tbilisiyə getmək istəyənlərə şad xəbər

Yeni ildə Tbilisiyə turist qatarı açılacaq. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, bayram günlərində qonşu ölkəyə sərnişin axını artır. Bu səbəbdən də xəttə əlavə qatar qoşulması barədə qərar qəbul olunub. Hazırda bu istiqamətdə iş aparılır. Qatar kupe və SV tipli vaqonlardan ibarət olacaq. Reysin 28 dekabr tarixinə təyin olunması planlaşdırılır. Yaxın günlərdə ətraflı məlumat veriləcək. 

Mənbə: Milli.Az

4 dekabr 2014
GO BACK