Qadin.NET / İlham Əliyevdən Ermənistanla bağlı tvit

İlham Əliyevdən Ermənistanla bağlı tvit

 

İlham Əliyevdən Ermənistanla bağlı tvit

"Həm Ermənistan, həm də Azərbaycan tərəfi Parisdə prezidentlərin görüşünü müsbət qiymətləndirdi və bunu açıq şərhlərində qeyd etdi. Lakin düz iki həftədən sonra Ermənistan bizim ərazimizin işğal edilmiş hissəsində qondarma hərbi təlimlər keçirməyə başladı".
ANS PRESS-in məlumatına görə, bu barədə prezident İlham Əliyevin rəsmi Twitter səhifəsində qeyd edilib. Dövlət başçısı qeyd edib ki, Ermənistan hərbi təlimlərdə 47 min hərbi qulluqçu və minlərlə texnika növü iştirak edib:
"Sual olunur: Parisdəki müsbət görüşdən dərhal sonra provokasiyalar törətməyə nə lüzum vardı?! ATƏT-in Minsk qrupu ermənilərin bu fitnəkarlığına daha dəqiq münasibət bildirməli və onların belə hərəkətlərini pisləməli idi. Dünyada baş verən hadisələr göstərir ki, beynəlxalq təsisatlar öz vəzifələrinin öhdəsindən gələ bilmir, həmçinin onlara bəslənilən ümidləri doğrultmurlar. Bu, ATƏT-in 20 ildən çoxdur ki, vasitəçi olduğu bizim məsələyə də, BMT-nin səlahiyyətində olan məsələlərə də aiddir. Dünyanın aparıcı ölkələri burada öz qəti sözlərini deməlidirlər, təkcə bəyanatlarla deyil, həm də qəbul edilən qərarlara hörmət göstərməklə", - deyə prezidentin mikro blokunda qeyd edilib.

 

Mənbə: ANS PRESS

4 dekabr 2014
GO BACK