Qadin.NET / Kartof bahalaşıb

Kartof bahalaşıb

 

Kartof bahalaşıb

Bu ilin noyabr ayında ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiyməti və tarifləri isə əvvəlki ayla müqayisədə dəyişməyib. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri oktyabr ayı ilə müqayisədə 0,1 faiz bahalaşıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, noyabr ayı ərzində mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, limonun, portağalın, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, buğda ununun, əla növ buğda çörəyinin, düyünün, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə və zeytun yağlarının, xiyarın, pomidorun, kartofun, duzun, şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

 

Mənbə: ANS PRESS

4 dekabr 2014
GO BACK