Qadin.NET / Putin özü də bilmədən Azərbaycanın xeyrinə qərar verdi

Putin özü də bilmədən Azərbaycanın xeyrinə qərar verdi

 

 

Vladimir Putinin hakimiyyətdə olduğu 15 il ərzində o, ən çətin vəziyyətlərdən dəfələrlə çıxıb. Amma "Cənub axını" layihəsinin puç olması və Rusiyanın hakimiyyət dairələrinin təmtəraqla təriflədikləri "Asiyaya geosiyasi dönüş" məsələsi Moskvanın strateji baxımdan zəiflədiyini gözləyir. Rusiyanın təbii qazını yeni bazarlarda satmağa çalışan Putin uduzdu, Avropa Birliyi kimi ən böyük sifarişçini itirmək astanasına çatdı.
Rusiya dünyaya indi təbii ehtiyatlarından savayı, demək olar ki, heç nə təklif edə bilmir.
O ehtiyatları satmaq da Moskva üçün günü-gündən çətinləşir.
Putin özü də bilmədən Azərbaycanın xeyrinə qərar verdi
...Dünya bazarlarında xam neftin qiymətinin ucuzlaşması Rusiyanı daha bir layihədən əl çəkməyə vadar edib.
Söhbət Rusiyanın təbii qazını Avropa Birliyi ölkələrinə çıxaracaq "Cənub axını" layihəsindən gedir. Neft ucuzlaşdığı üçün bu boru kəmərinin inşası Rusiyaya nəzərdə tutulduğundan da baha başa gələcək və layihə ilə bağlı xərclər gəlirlərlə uyğun olmadığından Moskva artıq indidən itkilər verməyə başlayıb. 
"Cənub axını" (South Stream) Rusiya, İtaliya, Fransa və Almaniyanın birgə layihəsi olaraq Rusiyanın təbii qazını Anapa şəhərindən Qara dənizin dibi ilə Bolqarıstanın Varna limanına çatdırmalıydı. Daha sonra boru kəməri Balkan yarımadasından İtaliya və Avstriyaya çəkilməliydi.
Bu marşrutların dəqiq istiqamətləri hələlik konkretləşdirilməsə də, boru kəmərinin inşasına 2012-ci ilin dekabrın 7-də başlanmışdı. Layihəyə görə, tikinti 2015-ci ildə başa çatdırılmalıydı. 
"Cənub axını" vasitəsilə ildə 63 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulur. Layihənin ilkin dəyəri 16 milyard avrodur.
Rusiyanın "Qazprom" şirkəti bəyan edirdi ki, boru kəməri Rusiyanın təbii qazının Avropaya nəqlini diversifikasiya edəcək, habelə Moskvanın və alıcı ölkələrin tranzit dövlətlər olan Ukrayna ilə Türkiyədən asılılığını azaldacaqdı.
Layihənin ilkin planlarına görə, boru kəmərinin inşasına 2010-cu ilin noyabr ayında da başlamaq olardı. Amma 2012-ci ilin fevralında layihənin operatoru "South Stream Transport AG" şirkətinin direktorlar şurasına yeni plan təqdim olundu. Həmin plana görə, boru kəmərinin inşa işləri 2012-ci ilin dekabrın 7-də başlanmalıydı.
Bu ilin aprelin 17-də Avropa parlamenti xüsusi qətnamə qəbul edərək Avropa Birliyi ölkələrinə "Cənub axını"ndan imtinanı məsləhət bildi. 
Lakin Avropa Komissiyası az sonra bəyan etdi ki, "Cənub axını"nın tikintisinin dayandırılması və ya dondurulması nəzərdə tutulmayıb.Dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqlar zamanı "Cənub axını" layihəsini faktiki olaraq dəfn etdi. V.Putin bildirdi ki, Avropa Birliyinin qeyri-konstruktiv mövqeyinə görə Moskva "Cənub axını" ilə bağlı işlərin davamını məqbul bilmir, üstəlik, elə həmin boru kəməri gücündə Türkiyədə yeni qaz boru kəmərinin inşasına hazırlaşır.
Rusiya prezidenti Vladimir Putin "Cənub axını"ndan imtinanı Avropa üçün itki, Türkiyə üçünsə az qala "hədiyyə" kimi təqdim etdi.
Belə deyil.
Moskva sadəcə olaraq, çox bahalı layihədən imtinaya məcbur qaldı. "Cənub axını" Rusiyanın daha bir uğursuzluğu, məğlubiyyətidir.
Moskvanı uzunmüddətli layihədən boyun qaçıraraq strateji uğursuzluqla barışmağa vadar edən səbəblər az deyil.
10 il əvvəl gündəmə gətirilən "Cənub axını" layihəsinin iqtisadi səmərəsi həmişə sual altında idi. Xüsusilə də layihə ilə bağlı xərclərin əksər hissəsini çəkəsi "Qazprom"un investorları narazı idilər.
Buna rəğmən Vladimir Putinin geri çəkilmək niyyəti yoxdu: "Cənub axını"nda siyasi məqamlar ön plana çıxdığından iqtisadi və maliyyə ünsürləri ikinci dərəcəli sayılırdı.
Rusiyanın Avropa ölkələrinə satdığı təbii qazın əksər hissəsi Ukrayna ərazisindən keçirilərək nəql olunduğu üçün Kiyevin əlində Moskvaya təsir etmək üçün ünikal rıçaqlar var. "Cənub axını" layihəsi "Şimal axını" bour kəməri ilə bahəm Rusiyaya ukraynalılardan yan keçməyə və bununla da Kiyevin Moskvaya müqavimətini azaltmağa imkan verəcəkdi.
Bundan başqa, "Cənub axını" layihəsi Cənub-Şərqi Avropanın əhəmiyyətli hissəsində, xüsusilə də enerjidaşıyıcılarına böyük ehtiyac duyan yoxsul Bolqarıstan, Macarıstan və Serbiyada Rusiyanın təsir imkanlarının artmasına rəvac verəcəkdi.
Mənbə: Milli.Az
4 dekabr 2014
GO BACK