Qubaya güclü qar yağıb
Şimal bölgəsində yağışla müşahidə edilən hava gecə saatlarında sulu qar və qara çevrilib. Nəticədə Quba rayonun dağlıq yaşayış məntəqələrinə 12-17 sm qar yağıb. Yağan qar avtomobillərin hərəkəti üçün çətinliklər yaradıb. Quba-Xaçmaz yolunda bir neçə yerdə avtomobil qəzaları baş verib. Köhnə və qışın tələblərinə cavab verməyən şinli avtomobillər yollarda çətinliklərlə üzləşib. Qəzaların da bu səbəbdən baş verdiyi bildirilir. Qubaya yanacaq aparan ağır tonajlı avtomobil isə geri qayıtmağa məcbur olub.Quba Regional Hidrometrologiya Müəssisədindən verilən məlumata görə, ən çox qar Xınalıq, Buduq, Qırız, Ləzə və Xaltan kəndlərində müşahidə olunub. Temperatur isə mənfi 10 dərəcəyə enib. Hazırda bir sıra kəndlərə gedən enişli-yoxuşlu hissələrində müəyyən problemlər yaranıb. Bildirilib ki, bu cür hava dekabrın 4-dək davam edəcək.
Mənbə: Milli.Az
4 dekabr 2014
GO BACK