Qadin.NET / İslam dünyası ayağa qalxacaq

İslam dünyası ayağa qalxacaq

 

 

Milli.Az bildirir ki, ANSPRESS-in  məlumatına görə, iranlı rejissor Məcid Məcidinin filmində Məhəmməd Peyğəmbərin (s.ə.s) səs və görüntüsü yer alacaq. 
Film fevral ayında İranın paytaxtı Tehranda keçiriləcək Şəfəq film festivalında nümayiş etdiriləcək. 
"Məhəmməd" adlı film peyğəmbərin həyatından bəhs edir. Livan müftisi Əl Cuzu filmə sərt etirazını bildirib və bunun İslama təhqir olduğunu deyib. 
Film İslam dünyasında fil hadisəsi (fillərin Kəbəni yıxmağa çalışdığı hadisə nəzərdə tutulur-red) ilə başlayır. Ekran əsərində Məhəmməd Peyğəmbərin (s.ə.s) anası Əminə, süd anası Həlimə, babası Əbdülmuttəlibə geniş yer verilir. 
Hz. Məhəmmədin görüntülü və səsli bir şəkildə təsvir ediləcəyi film bu sahədə bir ilkə sahib olacağı özəlliyinə sahibdir. 
Müftü Cuzu peyğəmbərin səs və görüntüsünün verilməsinin günah olduğunu deyib: "Çünki heç kim Məhəmməd peyğəmbəri canlandıra bilməz və onun rolunu oynaya bilməz". 
Qeyd edək ki,Səudiyyə Ərəbistanı, Misir, İordaniya kimi müsəlman ölkəsində peyğəmbərlərin filmlərdə canlandırılmasının günah olması barədə fətvalar var. 

Mənbə: Milli.Az

3 dekabr 2014
GO BACK