Qadin.NET / Bakının havası - sıfır

Bakının havası - sıfır

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir tutulacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənəcək.Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın və gündüz 3-6 dərəcə isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman proqnozlaşdırılır.Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 5 dərəcə şaxta olacaq.

Mənbə: Milli.Az

3 dekabr 2014
GO BACK