Dekabrın 2-si gün ərzində, dekabrın 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, ən çox düşən yağıntının miqdarı Rvarudda (Lerik) 13, Şamaxıda 8, Kəlvəzdə 7, Astara, Lerikdə 4, Lənkəran, Daşkəsən, Gədəbəy, Qubada 3, Şahbuz, Gəncə, Ağdərə (Ordubad), Zaqatala, Şəki, Xaçmazda 2, Naftalan, Şəmkir, Oğuz, Tərtər, Mingəçevir, Neftçala, Göytəpə, Yardımlı, Sarıbaşda (Qax) 0-1, Bakıda və Abşeron yarımadasında: Neft Daşları, Sumqayıtda 5, Maştağada 4, Binə, Pirallahı, Çilov adasında 3, Qum yatağı, Bakıda 2, Qaradağda 1 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Rvarudda (Lerik) 26, Kəlvəzdə 20, Daşkəsəndə 15, Xınalıq, Lerikdə 7, Sarıbaş, Gədəbəydə 6, Ağdərədə 4, Altıağacda 3, Şahbuz, Qubada 1 sm olub.
Şimal küləyi bəzi rayonlarda 20 m/s-dək güclənib.
Mənbə: Milli.Az