Qadin.NET / Azərbaycan Kubokunda 1/8 final həyəcanı

Azərbaycan Kubokunda 1/8 final həyəcanı

Bu gün Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Milli.Az Qol.Az-a istinadən xəbər verir ki, bu mərhələnin bütün oyunları eyni gündə baş tutacaq.
Bir oyundan ibarət olacaq 1/8 final mərhələsinə saat 13:00-da start veriləcək. Həmin vaxtda iki qarşılaşma - "Neftçi" - "Qaradağ Lökbatan" və "Neftçala" - AZAL oyunları keçiriləcək.
Digər oyunlarda "Sumqayıt" evdə "Bakı"nı, "Qəbələ" "Ağsu"nu, "Qarabağ" isə MOİK-i qəbul edəcək. "İnter" səfərdə "Şahdağ"ın, "Rəvan" isə "Simurq"un qonağı olacaq.
Qeyd edək ki, "Araz Naxçıvan" klubu Azərbaycan Kubokunda oynamaqdan imtina etdiyi üçün "Xəzər Lənkəran" klubu birbaşa olaraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.
3 dekabr (çərşənbə)
Azərbaycan Kuboku, 1/8 final
13:00. “Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Mahir Məmmədov 
13:00. “Neftçala” – AZAL
Hakimlər:
 İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Xəlil Hüseynli

 15:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Mehman Mahmudov, Fərid Məmmədov
15:00. “Qəbələ” – “Ağsu”
Hakimlər:
 Fariz Yusifov, İsgəndər Əliyev, Akif Əmirəli, Teymur Fərhadov

15:30. “Qarabağ” – MOİK
Hakimlər:
 Xəlil Xəlilov, Coşqun Həsənov, Elşən Acalov, Orxan Məmmədov

 17:00. “Simurq” – “Rəvan”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov
18:00. “Şahdağ” – “İnter”
Hakimlər:
 Ramil Diniyev, Cavanşir Yusifov, Munis Abdullayev, Ramil Əhmədov
Mənbə: Milli.Az
3 dekabr 2014
GO BACK