Qadin.NET / Leyla Əliyevadan yeni şeir

Leyla Əliyevadan yeni şeir

 

Leyla Əliyevadan yeni şeir

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib. 
“Yalan” adlı şeiri oxucuların ixtiyarına veririk. 
(Ложь)
Yalan, gəl tövbə edək – 
Uydurma, yalan sözə 
bu gündən vida edək. 
Axı kimə və nəyi 
utanırıq deməkdən? 
Yalan meyvə qurdu tək 
qəlbi yeyir içindən. 
Düzdən niyə qorxaq ki? – 
dili düz söz tutmayan 
əyrilər qorxsun ondan... 

Yalan, o kimdir deyən: 
“Yalan sevinc bəxş edir?” 
Ya da qəm tunelində 
işıq ucu göstərir? 
Axı kim söyləyir ki, 
xiffət çəkmək pis şeydir. 
Qəlbdən gələn hissləri 
gizlətmək çox əbəsdir. 

Əgər istəyirsənsə 
kədərlən ya da şənlən, 
Onsuz da suçun böyük... 
Tanrıdan imdad dilə; 
Günahını hamıdan 
özün yaxşı bilirsən. 
Qürub! Sən həqiqətsən, 
qürub deyil həqiqət... 

Sən aldatdın, amma ki, 
qalib gəlmədin, əsla 
Doğru-düzgün yüksəldi 
qaliblik zirvəsinə..! 
Yalan, sənin yalanın 
Kömək etmədi ona. 
İndi məkrli gecə 
Qoymur onu yatmağa. 

Yalan, 
Adındakı bəhanə 
bəlkə sığmaz dünyaya... 
Həyat dönüb bənzəyər, 
sanki retro-kinoya... 
Yalan, sən bir də cəhd et – 
and iç ki, bundan sonra 
yalan danışmayacam..! 
Azadlığı iblisə 
sataraq nahaqq yerə, 
haqqı itirməyəcəm..! 

Cəsur ol, qaç yalandan, 
Çətirsiz yağış altda 
asudə gəzişəndə, 
Peşman olmayacaqsan. 
Kim düz söz danışırsa, 
nədən qorxmalıdır ki? 
Yalanın ömrü qırx gün – 
həqiqətdən yaxasın 
kim qurtara bilib kim? 

Kimi aldatdığının 
Sən heç fərqindəmisən? 
İndi hamıdan ötrü 
bir tək sən cavabdehsən. 
Lap heç kimsə bilməsin, 
anlamasın... amma ki, 
Qorxu daim beynini, 
sıxacaq, incidəcək. 
Bu ağır əzablarsa 
vicdanını içindən 
asta-asta yeyəcək... 
yeyib də, bitirəcək... 

Tutaq ki, sən aldatdın, 
Hamı inandı buna, 
Özün- öz aləmində 
Deyək, yalan danışdın. 
Amma onu yaxşı bil 
Özünü aldatmadın, 
Özün öz aləmində 
Özünə böhtan atdın.

Mənbə:ANS PRESS
3 dekabr 2014
GO BACK