Qadin.NET / İrandan İŞİD-ə zərbə

İrandan İŞİD-ə zərbə

 

İrandan İŞİD-ə zərbə

İran hərbi hava qüvvələri İraqda İŞİD silahlılarına məxsus mövqeləri bombalayıb. Sensasiyalı xəbər Amerika hökumətindən gəlib. Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bu barədə açıqlama verib. Kirbi qeyd edib ki, ABŞ hərbi qüvvələrinin fakta dair məlumatı var. Kirbi İran hərbisini əməliyyatlar zamanı "F4 Fantom" tipli qırıcılardan istifadə etdiyini də vurğulayıb.
Rəsmi Vaşqinton bunun İranla əməkdaşlıq kimi anlaşılmasına qarşı çıxıb. Ağ Ev rəsmiləri bildiriblər ki, İŞİD-ə qarşı mübarizədə anti-İŞİD koalisiyası İranla əməkdaşlıq etmir.

Mənbə:ANS PRESS

 

3 dekabr 2014
GO BACK