Qadin.NET / Vətən borucu pulla ödənəcək

Vətən borucu pulla ödənəcək

 

Vətən borucu pulla ödənəcək

Türkiyədə “bədəlli əsgərlik” (ödənişli) qanunu qüvvəyə minib. Yeni qanun layihəsi çərçivəsində gənc çağırışçılar pul qarşılığında əsgərlik öhdəliyindən azad ediləcəklər. 
Hökumət xidmət qarşılığında fiks məbləğ olaraq 18 min lira müəyyən edib. Qanun layihəsi 27 yaşı tamam olmuş vətəndaşlara aid edilir. 
Bədəlli əsgərlik xidmətindən toplanacaq vəsait ölkənin müdafiə sənayesi fonduna köçürüləcək. Hökumət ilkin olaraq 700 min nəfərin bu xidmətə müraciət edəcəyini gözlədiyini bildirib.
Lakin qərara qarşı çıxanlar da az deyil. Sosial şəbəkələrdə bir qrup gənc vətən borcunun pul ilə ödənəlmədiyini deyərək qanunu tənqid ediblər.

Mənbə:ANS PRES

 

3 dekabr 2014
GO BACK