Dünya ictimaiyyətinin diqqətinin ölümcül Ebola virusundan yayınması Amerika hökumətində nahartlıq doğrurub. ABŞ prezidenti Barak Obama Milli Səhiyyə İnstitutunda çıxışı zamanı Konqresdən virusa qarşı mübarizəni gücləndirmək məqsədilə maliyyə vəsaitinin ayırmasını tələb edib.
“Ötən yay virusa qarşı mübarizə başlatdıqda bunun milli təhlükəsizlik məsələsi olduğunu dedim. Amerikada son günlərdə virusa qarşı diqqətin azaldığını müşahidə edirəm. Əgər təhlükəni özümüzdən sovuşdurmaq istəyiriksə, bunu əvvəlcə Qərbi Afrikada etməliyik” - deyə ABŞ prezidenti Barak Obama bildirib.
Ebola xəstəliyi əsasən, Liberiya, Qvineya və Syerra-Leonedə geniş yayılan virus 7 mindən çox insanın ölümünə səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı bir qədər əvvəl bu barədə məruzə səsləndirmişdi.