Qadin.NET / Bu günün hava proqnozu

Bu günün hava proqnozu

 

Bu gün Bakıda sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir

Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, yağıntılı keçəcəyi, sulu qar yağacağı, gecəyə doğru tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 10-15 m/s, səhər 18-23 m/s olacaq, arabir 25-28 m/s-dək güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, havanın temperaturu gecə və səhər 3°-dək isti, axşama doğru isə 0°-yə yaxın, Bakıda gecə və səhər 3°-dək isti, axşama doğru isə 0°-yə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunundan 765 mm civə sütununadək enəcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 5-10° şaxta, bəzi yerlərdə 15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 4-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında fasilələrlə yağıntı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında fasilələrlə yağıntı olacağı gözlənilir, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-4° isti, gündüz 4-6° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.

Mənbə:Milli.Az

 

3 dekabr 2014
GO BACK