Ermənilər “Sarı gəlin”, balaban, dolma və lavaşdan sonra bu dəfə də təndiri öz adlarına çıxıblar.
ANS PRESS-in məlumatına görə, bunu erməni yazıçı-aparıcı Sonya Taşçyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
O, deyib ki, təndir erməni xalqına məxsus bir dəyərdir: “Əgər onlar (azərbaycanlılar nəzərdə tutulur-red.) lavaşı bizim əlimizdən ala bildilərsə, onda təndiri də özəlləşdirə bilərlər. Ancaq təndir köçəri xalqın deyil, oturaq xalqın dəyəridir”.
Qeyd edək ki, ermənilər son olaraq lavaş təxribatına əl atıblar. UNESCO tərəfindən Ermənistanın qeyri-maddi irsi siyahısına daxil edilən lavaş Azərbaycanın etirazından sonra Qafqaz xalqlarının ortaq məhsulu kimi qeydə alınıb.
Mənbə:Milli.Az