Fəvvarələr meydanında yeni il yolkasının quraşdırılması işləri sona çatmaq üzrədir. İlin sonuncu ayının hər günü bizi yeni ilə yaxınlaşdırır. Bizi, ilk növbədə, uşaqları sevindirmək üçün paytaxtımızda bayram hazırlıqları görülür.
Əksər parklarda yeni il yolkalarının quraşdırılması və nağıl qəhrəmanları ilə bəzəmək nəzərdə tututlub. Böyüklər üçün də bu bayram əzizdir. Onlara uşaqlıq illərini xatırladır.
Ənənəvi olaraq yeni il yolkası Fəvvarələr meydanında quraşdırılır. Onun mükəmməl görüntü, gözəl geyimi olduqca yaraşıqlı görkəm almasına imkan yaradır və uşaqların zövqünü oxşayır.
Quraşdırma işlərinin getməsinə baxmayaraq, yaxınlıqdan keçən insanlar yolka qabağında şəkil çəkməyə can atırlar.
Yolka quraşdıranlar ANS PRESS-ə bildiriblər ki, Fəvarə meydanında quraşdırılan yolkanın hündürlüyü 22 metrdir. Aparılan işləri qurtarmaq üçün gecə də işləməyə hazırıq. Yaxın günlərdə yolka tam təhvil veriləcək. Burada, yolka ətrafinda cürbəcür oyunacaqların, qış rəmzi olan əşyaların satışı üçün yeni il bazarı yaradılacaq. Həmçinin konsert və tamaşa üçün səhnə quraşdırılıb.
Onların sözlərinə görə, bunların çoxu - yeni il yarmarkası, konsert və tamaşa üçün səhnə ötən il olmayıb. Yeni ildə sayyar restoran da fəaliyyət föstərəcək. Bu da gəzinti zamanı uşaqların və valideynlərin yeməklə təminatına imkən verəcək.
Güman etmək olar ki, Şaxta baba və Qar qızı uşaqlarla bərəbər Fəvarələr meydanına gəldikdə yeni il yolkasının ətrafındakı nağıl qəhramanlarından və qışı təmsil edən atributlardan razı qalacaqlar. Bir sözlə, uşaqlar şəkil çəkib özlərini nağıllar dünyasında hiss edəcəklər.