Təhsil naziri vətəndaşlarla görüşəcək.
ANS PRESS-in nazirliyə istinadla verdiyi məlumata görə, nazir Mikayıl Cabbarov 8 dekabr tarixində saat 11:00-da Saatlı şəhərindəki Gənclər Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Qəbulda Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinləri iştirak edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 2, 3, 4 və 5 dekabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.