Qadin.NET / Azərbaycanda uşaqpulu yerinə verilən qəpik-quruş

Azərbaycanda uşaqpulu yerinə verilən qəpik-quruş

 

Azərbaycanda uşaqpulu yerinə verilən qəpik-quruş

Ölkədə uşağa görə ailəyə verilən birdəfəlik müavinət 90 manatdır.
ANS TV-nin məlumatına görə, bu gün ölkədə Sevda İsmayılova kimi uşaq pulunun ümidinə qalanların sayı kifayət qədərdir. Valideynlər verilən müavinatları vaxtı-vaxtında ala bilmədiklərini bəzən isə müxtəlif səbəblərdən onlara bu müavinatların verilmədiyini deyirlər. Azərbaycanda hər dünyaya gələn uşağa görə ailəyə verilən birdəfəlik müavinət hazirda 90 manatdır. İşləyən və sosial sığorta haqqı ödəyən valideyinlər bu müavinatı Dövlət Sosial Müdafiə Fondundan, işsizlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alır. İşləyən ananın isə analıq məzuniyyəti dövründə hər ay üçün 30 manat müavinət almaq şansı var. Əgər ana uşağına yaş yarıma çatanadək özü baxmaq istəsə, o zaman yenə də eyni müavinəti alacaq, yox əgər uşağının 3 yaşına qədər evdə oturmaq fikrindədirsə, onda müavinətin məbləği 15 manata endirilir. İşləməyən ana isə bu yardımdan da məhrum olur. 
Xarici ölkələrdə uşağa görə müavinət xeyli yüksəkdir. Məsələn, Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonraki uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Avropaya gəlincə burda müavinatlar bizim üçün fantastika kimi görsənə bilər. Almaniyada hər bir uşağa 3 yaşına dək ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündü. Fransada hətta uşaq dünyaya gəlməmiş ana uşağa görə müavinat alır. Britaniyada isə birdəfəlik yardım 500 funsterlinqdi. Bəzi Ərəb ölkələrində isə bu məbləğ düz 20 min dollardan başlıyır. Ölkəmizdə isə nəinki bu məbləğdə müavinət verilmir. Hətta Azərbaycan bəlkə də, dünyada son sıralardan birini tutur. Bizdə uşağa aylıq ödənilən məbləğ valideyinin heç sənəd toplamaq üçün get gəl xərclərinə çatmır. Üstəlik bu imtiyazlardan hər kəs də yararlana bilmir. Mütəxəssislər isə hesab edilər ki, bizdə də uşağa görə ayrılan bidəfəlik müavinət ən azı 2 dəfə artırılmalıdır.
Hüquqşünas Zaur Quliyevin qeyd etdiyinə görə, Azərbaycanda nikahdan kənar doğulan uşaqlar üçün 90 manat birdəfəlik müavinət verilmir. O bildirdi ki, 90 manatın əlavə xərclər çoxdur və bu xərclər ümumi məbləğdən çıxılanda yerdə 70 manat qalır. İlk öncə bu əlavə xərclər azaldılmalıdır. 
Həkim Nüşabə Səlimova isə xarici ölkələrlə müqayisədə Azərbaycanda müavinətlərin çox az olduğunu deyir.
Rəsmilər də ailələrə ayrılan yardımların azlığı ilə razılaşırlar. Bununla bağlı müvafiq qurumlara müraciətlər də olub.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, Hadı Rəcəbli Sosial Müdafiə Fondunun büdcəsini təsdiq edəndə uşaqların istirahəti üçün ayrılan vəsaitin üç dəfə artırıldığını deyir. Beləki, əgər bu məbləğ əvvəl 100 min idisə indi isə bu 300 min manat olub. Hadı Rəcəbli bu məbləğin çox az olduğunu vurğuladı.
Rəsmi məlumata görə, təkcə Dövlət Sosial Müdafiə Fonunun xətti ilə 43 min nəfərə ümumilikdə 3 milyon 795 min manat uşaq pulu verilib. Amma bu yalnız fonda sosial sığorta ödəyənlərin statistikasıdır. Bu şəxslərin hamısı fondun elektron bazasında qeydiyyata alınıb və ödəmələr də tam avtomatlaşdırılıb. Gələcəkdə bu sistemin Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyində işsizlər üçün də tətbiqi gözlənilir.

Mənbə:ANS PRESS

 

3 dekabr 2014
GO BACK