Qadin.NET / Bakıya qar yağacaq

Bakıya qar yağacaq

 

Bakıya qar yağacaq

Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında sulu qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava soyuq, yağıntılı keçəcək, sulu qar yağacaq, gecəyə doğru kəsiləcək.
Şimal-qərb küləyi güclənəcək. Gündüz müşahidə olunan 3 dərəcəyədək isti axşama doğru 0 dərəcəyə qədər enəcək.
Bölgələrdə də noyabrın 3-ü fasilələrlə yağıntı olacaq, sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Temperatur aran rayonlarında gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq.

Mənbə:ANS PRESS

 

2 dekabr 2014
GO BACK