Bəzi sərnişinlər dəyərli əşyaları metroda unudurlar. Bu əşyalar sənədlər də ola bilər. Bəs itmiş əşyaları harada axtarmaq olar?
Milli.Az xəbər verir ki, Day.az saytının bu sualına Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev cavab verib.
"Metro stansiyalarında tapılmış bütün əşyalar Metropolitendə Polis İdarəsinə verilir. Həmin idarə "Nizami" metrosunun yanındadır. Misal üçün, əgər metro işçisi çanta tapırsa, bu barədə polisə məlumat verir və birlikdə həmin çantanı götürürlər", - o qeyd edib.
Metropoliten rəsmisinin sözlərinə görə, itmiş əşyaları götürmək üçün şəxsiyyəti təsdiq edən sənədlə həmin polis idarəsinə getmək lazımdır. Vətəndaşlar 490-00-00 şəhər telefonuna da zəng vura bilərlər.
Mənbə:Milli.Az