Qadin.NET / Ölkəmizdə 48 üçəm doğulub

Ölkəmizdə 48 üçəm doğulub

 

Ölkəmizdə 48 üçəm doğulub

Bu il oktyabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9 564 400 nəfərə çatıb. 
Dövlət Statistika Komitəsindən ANS PRESS-in sorğusunu cavab olaraq bildirilib ki, əhalinin sayı ilin əvvəlindən 87,3 min nəfər və ya 0,9 faiz artıb. Hər 1000 nəfər kişiyə qadınların sayı 1011 nəfər təşkil edir. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi isə kənd sakinləridir.
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 128,1 min körpə doğulub. Doğulanların 53,6 faizini oğlan, 46,4 faizini isə qız uşaqları təşkil edir. Körpələrin 2308-i əkiz, 48-i isə üçəm doğulub.
Bu ilin 9 ayı ərzində ölkədə 41,6 min ölüm halı qeydə alınıb və hər 1000 nəfər əhaliyə hesabı ilə bu göstərici 5,9 təşkil edib.
Rəsmi orqanlar tərəfindən ölkədə 63,0 min nikah və 9,0 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 8,9 və 1,3 olub. 

Mənbə:ANS PRESS

 

1 dekabr 2014
GO BACK