Qadin.NET / Türk şirkəti "kitayski" London taksilərini Bakıya daşıyır

Türk şirkəti "kitayski" London taksilərini Bakıya daşıyır

 

Türkiyənin “Savay Lojistik” şirkəti “London taksiləri” kimi tanınan keblərin Çindən Bakıya daşınmasına dair keçirilmiş tenderin qalibi olub.
Virtialaz.org saytı xəbər verir ki, Bakıda 2015 Avropa Oyunlarına qədər bütün taksilərin “London taksiləri” ilə əvəzlənməsi layihəsi çərçivəsində Azərbaycanın Nəqliyyat Nazirliyi Çindən daha 504 ədəd avtomobil sifariş verib.
Avtomobillərin Bakıya daşınması prosesi artıq başlayıb və “Sabay Lojistik” şirkəti 200 maşından ibarət ilk partiyanı Çinin Şanxay limanından gəmi ilə Türkiyənin Derince Limanına daşınmasını təşkil edib.
Noyabrın 27-də şirkət taksiləri Derince limanından avtomobil daşımaq üçün nəzərdə tutulan TIR-lara yükləyərək Bakıya yola salıb.
Şirkətin prezidenti Bülent Aymen deyib ki, Azərbaycanın sifariş verdiyi taksilərin 3 ay ərzində Bakıya çatdırılmasına dair öhdəlik götürüblər.
“London taksiləri” kimi tanınan  TX4 markalı məşhur keblər əvvəlcə Britaniyanın “Manganese Bronze” şirkəti tərəfindən istehsal edilirdi. Lakin 2013-cü ildə Çinin “Geely” avtomobil şirkəti “Manganese Bronze”un səhmlərini alıb. Bununla da “London taksiləri” tamamilə “kitayski” olub.
Qeyd edək ki, “Manganese Bronze” şirkəti bu sövdələşmədən əvvəl də maşınları işçi qüvvəsinin daha ucuz olduğu Çində yığdırırdı.

Mənbə:Milli.Az

 

1 dekabr 2014
GO BACK