Yaponiyada maqnitudası 5,0 bal gücündə olan zəlzələ meydana gəlib.
ANS PRESS-in məlumatına görə, zəlzələnin episentri Yaponiyanın Honsyu adasının cənubunda, Sakit okeanı sahilində qeydə alınıb.
Yaponiya milli meteoroloji idarəsi yerin 10 kilometr dərinliyində baş verən zəlzələdən sonra sunami təhlükəsinin olmadığını bildirib.
Dağıntı və zərərçəkənlərin olması barədə heç bir məlumat yoxdur.
Yeraltı təkanlar Sidzuoka, Mie və Nara prefekturaları sakinləri tərəfindən də hiss olunub.
Qeyd edək ki, ötən şənbə günü Yaponiyanın Naqano prefekturasında baş verən zəlzələ nəticəsində 50-yə yaxın adam zərər çəkmişdi
Mənbə:ANS PRESS