Qadin.NET / Bir neçə insana cəm şəkildə "Yasin" oxumaq olarmı?

Bir neçə insana cəm şəkildə "Yasin" oxumaq olarmı?

 

Dünyadan köçən bir neçə insana cəm şəkildə “Yasin” oxumaq olarmı? Mərhumun atasının adı dəqiq bilinmədiyi təqdirdə Quran necə tapşırılmalıdı
Milli.Az islam.az-a istinadən bildirir ki, dünyasını dəyişən şəxslərə ümumi şəkildə “Yasin” oxumaq olar. Hər hansı bir rəhmətə gedənin ruhuna Quran oxumaq üçün onun atasının adını qeyd etmək lazım deyil.
Hətta həmin şəxsin öz adı dəqiq bilinməsə belə, qəlbimizdən keçirməmiz (məsələn, “bu Quranın savabını filan yerdə gördüyüm mərhumun ruhuna hədiyyə edirəm”) kifayətdir.
Mənbə:Milli.Az

 

30 noyabr 2014
GO BACK