Bakıda daha bir sərgi keçirildi. ANS PRESS-in məlumatına görə, sərgisi müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar klubu rəssam-keramist Nigar Zeynalovanın “İncə naxışlar” sərgisini təqdim edib. Sərgidə rəssamın 80-dən artıq işi nümayiş edilib.
Gənc sənətkar 2008-ci ildə bu işlə peşəkar şəkildə məşğul olduğunu deyib. "İlk müəllimim Aytən Rzaquliyeva olub. Mən işdə əsasən səliqəyə və rənglərin bir-birinə uyğunluöuna fikir verirəm".
N.Zeynalova gələcək işlərində yenilik olaraq çərçivə üzərində işləməyi planlaşdırdığını söyləyib.
Ötən gün başlayan sərgi bu gün saat 20:00-a qədər fəaliyyət göstərəcək.
Mənbə:ANS PRESS