Qadin.NET / Ebola banan bazarına da "yoluxdu"

Ebola banan bazarına da "yoluxdu"

 

Dünyanı bürüyən Ebola dalğası xeyli müddətdir Azərbaycanda da müzakirə mövzusudur

Səhiyyə Nazirliyinin, həmçinin respublikanın baş pediatrı Nəsib Quliyevin modern.aza verdiyi açıqlamalarda bananın çox təhlükəli meyvə olduğu bildirilirdi. Bananın Ebola daşıyıcısı olması sübuta yetirilməsə də, onda insan orqanizmi, xüsusilə də uşaqlar üçün təhlükəli olan maddələrin aşkar olduğu iddia edilirdi. Buna səbəb kimi bananın tam yetişmədən ölkəyə gətirildiyi əsas gətirilirdi.
Milli.Az xəbər verir ki, bunu nəzərə alaraq modern.az kiçik bir araşdırma aparıb. Məlum olub ki, ümumiyyətlə, valideynlərin bir çoxu yayılan xəbərlərdən sonra uşaqlarına banan verməkdən imtina edir. Statistika Komitəsindən aldığımız açıqlama da bunu deməyə əsas verir ki, hətta ötən illə müqayisədə ölkəyə banan idxalı azalıb.
Modern.az saytının sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirblər ki, Azərbaycana banan əsasən Ekvador, Kosta Rika, Türkiyə və Fransadan idxal olunur.
Məlumatda qeyd edilir ki, 2013-cü il ərzində ölkəyə Ekvadordan 8179,3 min dollarlıq 8847,5 ton, Kosta Rikadan 21,6 min dollarlıq 104,8 min ton, Türkiyədən 3,1 min dollarlıq 2 ton, Fransadan isə 1,4 min dollarlıq 0,1 ton banan gətirilib.
2014-cü ilin ilk 9 ayı ərzində 5173,3 min dollarlıq 5683,6 ton banan gətirilib.
Ötən ilə nisbətdə bananın miqdarı 94.5 faiz , məbləği isə 96 faiz aşağı olub.
Ölkələr üzrə isə 2013-cü ilin ilk 9 ayı ərzində Ekvadordan 5364,3 min dollarlıq 5907,2 ton, Kosta-Rikadan 21,6 min dollarlıq 104,8 ton, Türkiyədən 3,1 min dollarlıq 2 ton, Fransadan 0,7 min dollarlıq 0,1 ton banan gətirilib.
Bu ilin müvafiq dövründə isə Türkiyə və Kosta-Rikadan banan idxal olunmayıb. Ekvadordan 5172,7 min dollarlıq 5683,5 ton, Fransadan isə 0,6 min dollarlıq 0,1 ton banan idxal edilib.

Mənbə:Milli.Az 

 

30 noyabr 2014
GO BACK