Azərbaycanda iribiynuzlu heyvanlar arasında qeydə alınan “Nodulyar dermatit” virus xəstəliyi ilə əlaqədar vəziyyət nisbətən stabilləşib. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Kliment Əsədov deyir ki, hava şəraitinin soyuması ilə əlaqədar ağcaqanadlar hərəkətsizləşib.
Bunun nəticəsində də heyvanlar arasında yeni xəstəlik halları aşkarlanmayıb. Kliment Əsədov bildirir ki, hazırda “Nodulyar dermatit” virus xəstəliyinə qarşı vaksinlərin alınaraq ölkəyə gətirilməsi istiqamətində tədbirlər həyata keçirilir: "Yəqin ki, gələn il peyvəndin alınıb tətbiq edilməsinə nail ola biləcəyik".
Xatırladaq ki, bu il Azərbaycanın bir sıra rayonlarında “Nodulyar dermatit” virus xəstəliyinə yoluxan xeyli sayda iribuynuzlu heyvan tələf olub. İlk dəfə Afrika ölkərində qeydə alınan xəstəliyə 2013-2014-cü illərdə Türkiyə və İranda rast gəlinib.