Türkiyədə səfərdə olan Roma Papası Fransis rəsmilərlə yanaşı ölkənin ali dini rəhbəri Mehmət Görməz ilə görüşüb. Paytaxt Ankarada baş tutan görüşdə tərəflər dünyaya sülh ismarışı veriblər. Vatikan rəsmisi fundamental dini təlimlərdən irəli gələn zorakılıqlara son qoymaq məqsədilə xristianlar, müsəlmanlar və digər din mənsubları arasında dialoqların keçirilməsinə çağırış edib.
“Mən, xüsusilə, xristianların və yezidilərin etnik və dini mənsubiyyətinə görə qeyri-insani davranışlara, zorakılığa məruz qalmasından narahatam. Onlar öz həyatlarını xilas etmək naminə hər şeylərini tərk etdilər. Zorakılıqlara dini müstəvidə haqq qazandıranlar, şiddətlə təndiq olunmalıdırlar, çünki qadir tanrı asudə həyat və sülh tanrısıdır”
Mehmət Görməz öz növbəsində çıxışı zamanı İslam adı altında zorakılıq törədənləri tənqid edib.
Mehmət Görməz: “Bunu açıqca ifadə etmək istəyirəm ki, bir sülh çağışçısı olan İslam dinə tamamilə zidd olan bir yola qurşanaraq şiddət və vəhşilik törədənlər, özlərinə hər nə adlandırmalarına baxmayaraq, Allaha üsyan edirlər”
Görməz, eyni zamanda, dünya mediyasının anti-İslam xarakterli ssenariləri yaymasını tənqid edib. Görməz bunu irqçiliyin bir növü adlandırıb.