Qadin.NET / Sərnişinlərə şad xəbər

Sərnişinlərə şad xəbər

 

Sərnişinlərə şad xəbər

Son günlər ictimai nəqliyyat vasitələrində qiymət artımı ilə bağlı söz-söhbətlər səngimək bilmirdi. Bu haqda isə nazirlikdən açıqlama gəlib. 
ANS TV-nin məlumatına görə, nəqliyyat nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib ki, hələki belə bir təklif yoxdur: “Amma sahibkarlar belə bir təklif ediblər ki, qiymətlər qalxsın. Amma sərnişin onu istəmir. Yaxın vaxtlarda qiymət artımı gözlənilmir. Ən azından ona görə ki, bu Tarif Şurasının səlahiyyətinə aiddir. Eyni zamanda biz belə bir təklif verməmişik”.

Mənbə:ANS PRESS

 

29 noyabr 2014
GO BACK