Qadin.NET / Yeni terminal 3 milyon sərnişinə xidmət edəcək

Yeni terminal 3 milyon sərnişinə xidmət edəcək

 

Yeni terminal 3 milyon sərnişinə xidmət edəcək

Bakıya illərlə xidmət edən hava limanının hazırda fəaliyyətdə olan əsas korpusu dekabır ayının birindən öz fəaliyyətini dayandıracaq.
Amma ölkə vətəndaşları və şəhərimizə üz tutan qonaqlar heç də narahat olmasınlar.
“Azərbaycan Hava Yolları” ASC-dən ANS TV-yə verilən məlumata görə, bunun əvəzinə, ərazidə tikilmiş yeni korpus tam olaraq isifadəyə veriləcək. Artıq dekabr ayının 1-dən etibarən bütün reyslər yeni inşa olunmuş terminaldan həyata keçiriləcək.
Xatırladaq ki, ümumi sahəsi 53 min kvadrat metri təşkil edən və 8 hava körpüsünə malik olan yeni terminalın 3 milyon sərnişinə xidmət göstərmə qabiliyyətində olması bildirilir. O ki qaldı hazır ki korpusa, “Azərbaycan Hava Yolları” ASC-dən aldığımız məlumata görə, terminal ölkə daxili reyslərin həyata keçirilməsi üçün hazırlanacaq. 

Mənbə:ANS PRESS

 

29 noyabr 2014
GO BACK