Nigeriyanın şimalında, Kano şəhərində məsciddə partlayış baş verib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, nəticədə 64 nəfər ölüb, 126 nəfər xəsarət alıb.
Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib
Xatırladaq ki, noyabrın 27-də Nigeriyanın şimal-şərqində avtobus dayanacağında baş vermiş partlayış zamanı 40 nəfər, bir gün əvvəl isə bazarda törədilən terror aktı nəticəsində daha 45 nəfər həyatını itirmişdi.
Mənbə:Mili.Az