Qadin.NET / Dekabrda donacağıq?

Dekabrda donacağıq?

 

Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olsa da, bəzi dövrlərdə normadan aşağı enəcəyi, soyuq keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında
Temperatur:
Orta aylıq 4-7° isti gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır.
Gecələr 1-5° isti, ayrı-ayrı günlərdə 0-4° şaxta təşkil edəcək.
Gündüzlər 5-10° isti, bəzi günlərdə 2° şaxtadan 2°-dək isti.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 25-34 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
Temperatur:
Orta aylıq 5-8° şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Gecələr 9-14° şaxta, bəzi günlərdə 18-23°, ayın sonunda 25-28° şaxta,
gündüzlər 2° şaxtadan 3°-dək isti, ayın birinci ongünlüyünün bəzi günlərində
4-6° isti, ayın ortalarında və sonunda 6-11° şaxta olacağı gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 20-35 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Temperatur:
Orta aylıq 0-5° şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Gecələr 3-8° şaxta, bəzi günlərdə 15°-dək şaxta, ayın sonunda 18-23° şaxta
gözlənilir.
Gündüzlər 3° şaxtadan 2°-dək isti, ayrı-ayrı günlərdə 5-10° şaxta təşkil edəcək.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 27-30 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Temperatur:
Orta aylıq -2° şaxtadan 3°-dək isti gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Gecələr 3-8° şaxta, ayın birinci ongünlüyündə 0-5° isti olacağı gözlənilir.
Gündüzlər 1-6° isti, bəzi günlərdə 0-5° şaxta təşkil edəcək.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 13-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Temperatur:
Orta aylıq 0-5° şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Gecələr 3-8° şaxta, ayın sonunda 10-15° şaxta, yüksək dağlıq ərazilərdə
20-25° şaxta gözlənilir.
Gündüzlər 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 2-7° şaxta, dağlarda 13°-dək şaxta,
ayın birinci ongünlüyünün bəzi günlərində 4-6° isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Temperatur: 
Orta aylıq 0-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
aşağıdır.
Gecələr 0-5° isti, bəzi günlərdə 2-7°-dək şaxta gözlənilir.
Gündüzlər 3-8° isti, ayın birinci ongünlüyündə 10-12° şaxta, ikinci və üçüncü
ongünlüyün bəzi günlərində 3° şaxtadan 2°-dək isti gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Temperatur:
Orta aylıq 0-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Gecələr 0-4° şaxta, ayın sonunda 1-6° şaxta, dağlarda 3-8° şaxta,
ayın sonunda 15-18° şaxta təşkil edəcək.
Gündüzlər 5-10° isti, dağlarda 2-7° şaxta gözlənilir.
Yağıntı: aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir. 
Mənbə:Milli.Az

 

28 noyabr 2014
GO BACK