Avstraliya universitetinin alimləri maraqlı qanuna uyğunluq aşkarladıqlarını iddia edirlər. Onların sözlərinə görə, vegeterian insanların həyata baxışları daha pessimistdir. Vegetarianlar onları əhatə edən hər şeydən narazıdırlar.
Milli.Az-ın məlumatına görə, avstraliyalı alimlər sorğu keçirərək 50 mindən çox könüllünün məlumatını araşdırıblar. Respondentlərin yarı hissəsi vegetarianlar olub, digər yarısı isə adi insanlar.
Analiz kriteriyaları fiziki sağlamlıqdan başlayıb. Rasionun, fiziki aktivliyi, zərərli vərdişlərin mövcudluğu, bədən kütləsi və xroniki patologiyaların manitorinqi aparılıb. Adamların psixi sağlamlıqları da yoxlanılıb. Məlum olub ki, vegetarianlıq tərəfdarları daha çox bədbindirlər və depressiyaya meyllidirlər.
Vegetarianlar ət məhsullarından, bəzən də, ümumiyyətlə, heyvani mənşəli qidalardan imtina edən insanlardır.