Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.
ANS PRESS-in BŞTİ-yə istinadla verdiyi məlumata görə, növbəti səyyar qəbullar noyabrın 29-da Nəsimi və Xətai rayonlarında keçiriləcək. Nəsimi rayonu üzrə 9 в„–li məktəbdə keçiriləcək səyyar qəbula 5-292, 9, 14, 19, 247, 266 в„–li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Xətai rayonu üzrə 171 в„–li məktəbdə keçiriləcək səyyar qəbula isə 24, 171, 191, 204, 260, 263, 264 və 265 в„–-li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.
Mənbə:ANS PRESS