Qadin.NET / Neft ucuzlaşmaqda davam edir

Neft ucuzlaşmaqda davam edir

 

Neft ucuzlaşmaqda davam edir

Sərmayədarların Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) iclası fonunda üzv ölkələrdən ilkin açıqlamalar gözləməsi nəticəsində neftin qiymətində kəskin düşüş müşahidə olunub. 
ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 17:00-da Brent markalı neftin qiyməti 2,26 dollar ucuzlaşıb. Həmin saata qədər bir barel neftin qiyməti 76,03 dollar olub. 
Qeyd edək ki, cümə axşamı səhər neft qiymətləri 2010-cu ilin sentyabrındakı 4 illik minimumunu qıraraq barelinə 75,64 dollara çatmışdı. WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti isə 2,1 dəfə düşərək barelinə 72,17 dollara çatıb. 
Hazırda Vyanada OPEC üzv ölkələrinin 166-cı iclası keçirilir. Üzv ölkələr neftin hasilatının azaldılması və ya digər iqtisadi çıxış yolu tapılması arasında seçim etməli olacaqlar. Nazirlər dünya neft bazarında son vəziyyəti krizis kimi qiymətləndirməyərək və bazarın bundan da aşağı qiymətlər yaşadığını irəli sürərək sərmayədarları sakit olmağa çağırırlar.

Mənbə:ANS PRESS

 

28 noyabr 2014
GO BACK